Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakının yağışlı yollarında tıxac müşahidə edilir - SİYAHI
sosial

Bakının yağışlı yollarında tıxac müşahidə edilir - SİYAHI

29-04-2025 08:00 15 Baxış
IMG

Bakının bir çox yollarında tıxac müşahidə edilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


Hal-hazırda yollardakı vəziyyət:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

5. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

6. "20 Yanvar" dairəsində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

9. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

10. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

14. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.