Avropa ölkələri Rusiya və Afrika arasında qarşılıqlı əlaqəyə hər cür müdaxilə etmək istəyirlər.
Tvit.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev deyib.
"Bir sıra Avropa ölkələri bizim qarşılıqlı əlaqəmizə mane olmağa çalışırlar", - deyə rəsmi vurğulayıb.
O, əlavə edib ki, bütün maneələrə baxmayaraq, Rusiya hərəkət edəcək, uğurla irəliləyəcək.
Aysel Şirinova