Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial ANAMA əməkdaşı Qazaxda minaya düşdü
sosial

ANAMA əməkdaşı Qazaxda minaya düşdü

28-04-2025 13:00 16 Baxış
IMG

Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var.

 

Bu barədə Tvit.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

 

Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Elnur Oruc oğlu Paşayev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

 

Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

 

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.