Türkiyə tərəflərin razılığı ilə Rusiya və ABŞ liderlərinin görüşünü öz ərazisində keçirməyə hazırdır.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən ev sahibliyi ilə bağlı məsələyə, prezident "Niyə də olmasın?", - deyə reaksiya verib.
"Türkiyə bu gün diplomatiya mərkəzi rolunu oynayır; hər iki tərəf Türkiyəyə və onun liderinə güvənir", - Ərdoğan fikrini davam etdirib.
Bildirilib ki, artıq Türkiyə ərazisində Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlar təcrübəsi var.
Aysel Şirinova