Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi
sosial

Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

25-04-2025 18:00 14 Baxış
IMG

Rusiyanın "Aeroflot" aviaşirkətinin Dubaydan Moskvaya uçan təyyarəsinin göyərtəsində bir nəfərin qeyri-adekvat davranışı səbəbindən ekipaj Bakıda təcili eniş etməli olub.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

 

Təyyarə enən kimi polislər həmin şəxsi saxlayıb və salondan çıxarıblar.

 

"Kişi Şeremetyevoya uçmalı olan təyyarəyə sərxoş halda minib və qalmaqal yaradıb. O, sərnişinlərin üstünə qışqırıb, onlara toxunub və stüardessaların tələblərinə məhəl qoymadan içməyə davam edib", - məlumatda bildirilib.

 

Qeyd olunub ki, polis "Aeroflot"un ekipajını dindirir, digər sərnişinlər isə təyyarədə oturaraq Moskvaya yola salınmağı gözləyirlər. Onlara təyyarənin 30-40 dəqiqə ərzində yola düşəcəyi vəd edilib.