Niderlandın Tehrandakı səfiri Emile Frederik Dubont İran xarici işlər nazirliyinə çağırılıb.
Tvit.az bu barədə “ISNA” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, İran XİN Niderlandın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin Tehranı Avropada iki sui-qəsddə günahlandırmasını əsassız ittiham adlandırıb və səfirə etirazını bildirib.
Qeyd edək ki, dünən İranın Niderlanddakı səfiri Tehranın Avropada iki sui-qəsd əməliyyatına cəhd etdiyinə dair şübhə olduğu üçün çağırılıb.
Niderland kəşfiyyatı 2023 və 2024-cü illərdə Avropada bir iranlı və ispaniyalını öldürməyə çalışan iki şəxsin həbs edildiyini açıqlayıb.
Elmin Alışov