Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya BVF ABŞ iqtisadiyyatında tənəzzül riskinin artdığını açıqladı
dünya

BVF ABŞ iqtisadiyyatında tənəzzül riskinin artdığını açıqladı

24-04-2025 17:00 32 Baxış
IMG

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ iqtisadiyyatı üçün tənəzzül risklərinin artdığını müşahidə edir.

Tvit.az xəbər verir ki, bu barədə fondun icraçı direktoru Kristalina Georgiyeva bildirib.

"Məlumatlara nəzər saldıqda görürük ki, ABŞ üçün tənəzzül riskləri 37%-ə yüksəlib, lakin biz hələ tənəzzüldə deyilik. Təbii ki, biz etiraf edirik ki, ticarət mübahisələrinin həlli və qeyri-müəyyənliyin azaldılması üçün görüləcək çox iş var. Mən bir daha demək istəyirəm ki, qeyri-müəyyənlik biznes üçün çox pisdir. Bu səbəbdən başımızın üstündən asılmış bu bulud nə qədər tez dağılacaqsa, qlobal artım perspektivləri bir o qədər yaxşı olacaq", - BVF rəhbəri yekunlaşdırıb.

Aysel Şirinova