Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zelenski Afrika səfəri çərçivəsində müəyyən işləri ləğv ETDİ - Təcili Ukraynaya qayıdacaq
dünya

Zelenski Afrika səfəri çərçivəsində müəyyən işləri ləğv ETDİ - Təcili Ukraynaya qayıdacaq

24-04-2025 12:00 51 Baxış
IMG
Ukrayna prezidenti Vladimir Zelenski təcili olaraq Cənubi Afrikaya səfərinin bir hissəsini ləğv edərək Ukraynaya qayıtmağa qərar verib.
Tvit.az xəbər verir ki, bu barədə prezident sosial media hesabında paylaşım edib.

"Mən bu ziyarətin proqramının bir hissəsini ləğv edirəm və Cənubi Afrika Prezidenti ilə görüşdükdən sonra dərhal Ukraynaya qayıdıram. Ukraynanın xarici işlər naziri Cənubi Afrikada bütün lazımi görüşləri keçirəcək", - deyə Zelenski bildirib.

Xatırladaq ki, aprelin 21-də Rusiya lideri Vladimir Putin Cənubi Afrika Respublikasının prezidenti Kiril Ramafosa ilə danışıb.

O, Afrikalı həmkarı Moskvanın Ukraynadakı münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının zəruriliyi ilə bağlı mövqeyini açıqlayıb.

Aysel Şirinova