Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
sosial

Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib

23-04-2025 19:00 25 Baxış
IMG

Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib.

 

"Report"un Şimal bürosunun məlumatına görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb. 

 

Belə ki, sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çöküb və körpü uçmaq üzrədir. 

 

Hazırda yol ötürücüsü bağlanıb.