Rusiya heç vaxt Ukrayna ərazisində Avropa qoşunlarının yerləşdirilməsi təşəbbüslərini dəstəkləməyəcək.
Tvit.az xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko müxbirlərə bildirib.
"Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə gəldikdə isə, Rusiya heç vaxt heç bir müzakirə masasında, heç bir müzakirədə belə mümkün yerləşdirmənin şərtlərinin danışıqlarında iştirak etməyəcək. Bu, bizim üçün qəbuledilməzdir və bu təşəbbüsün uğur qazanmaq şansı yoxdur", - deyə o, vurğulayıb.
Aysel Şirinova