Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya heç vaxt bu danışıqlarda iştirak etməyəcək - Valentina Matviyenko
dünya

Rusiya heç vaxt bu danışıqlarda iştirak etməyəcək - Valentina Matviyenko

23-04-2025 16:00 33 Baxış
IMG

Rusiya heç vaxt Ukrayna ərazisində Avropa qoşunlarının yerləşdirilməsi təşəbbüslərini dəstəkləməyəcək.

Tvit.az xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko müxbirlərə bildirib.

"Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə gəldikdə isə, Rusiya heç vaxt heç bir müzakirə masasında, heç bir müzakirədə belə mümkün yerləşdirmənin şərtlərinin danışıqlarında iştirak etməyəcək. Bu, bizim üçün qəbuledilməzdir və bu təşəbbüsün uğur qazanmaq şansı yoxdur", - deyə o, vurğulayıb.

Aysel Şirinova