Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda Ulu Öndərin anadan olmasının 102 illiyi ilə əlaqədar klassik musiqi konserti keçirilib
sosial

Bakıda Ulu Öndərin anadan olmasının 102 illiyi ilə əlaqədar klassik musiqi konserti keçirilib

23-04-2025 15:00 21 Baxış
IMG

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar “Bakının baharı” adlı klassik musiqi konserti keçirilib.

Tvit.az xəbər verir ki, metronun "Gənclik” stansiyasının yaxınlığındakı yenicə istifadəyə verilən istirahət parkında açıq havada keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.

Konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-foto materiallar nümayiş etdirilib.

Eyni zamanda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı dünya şöhrətli Antonio Vivaldinin də əsərləri ifa edilib, Ulu Öndərin sevimli xalq mahnısı olan “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib.

Konsertə Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.