Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Şamaxıda torpaq sürüşməsi oldu
sosial

Şamaxıda torpaq sürüşməsi oldu

23-04-2025 13:00 19 Baxış
IMG

Şamaxı rayonunda torpaq sürüşməsi olub.

"Tvit.az" xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda baş verib, yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb.

Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.

Yerli sakinlərin bildirdiyinə görə, torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.

Hazırda kəndlə rayon mərkəzi arasında gediş-gəliş tam dayanmasa da, sürüşmə zonasından keçid avtomobillər üçün ciddi təhlükə yaradır. Əraziyə baxış keçirən Yol İdarəsinin əməkdaşları təhlükəli sahəni xüsusi xəbərdarlıq nişanları və lentlərlə işarələyiblər.