Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xəzərin səviyyəsi kritik səviyyəyə düşəcək - Xəbərdarlıq
sosial

Xəzərin səviyyəsi kritik səviyyəyə düşəcək - Xəbərdarlıq

22-04-2025 19:00 21 Baxış
IMG

Qazaxıstanlı alimlərin araşdırmalarına görə, Xəzər dənizinin səviyyəsi sabit enmə meylinə malikdir və 2050-ci ilə qədər mənfi 33 metrə yaxınlaşa bilər.

 

Tvit.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə ölkənin ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev bildirib.

 

“Xəzərin tarixinə nəzər salsaq, dəniz səviyyəsinin mənfi 28,5 metrə enməsi artıq həm onun ekosistemi, həm də dəniz təsərrüfatı üçün kritikdir”, - deyə o qeyd edib.

 

Bununla əlaqədar olaraq, su anbarının dayazlaşmasının səbəb və nəticələrini öyrənmək üçün ötən il Qazaxıstanda Xəzər dənizi Elmi Tədqiqat İnstitutu yaradılıb.