Jurnalist Yekaterina Barabaş ev dustaqlığından qaçıb və axtarışa verilib.
Tvit.az xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Aprelin 13-də Federal Penitensiar Xidmətin Baş İdarəsinin Cinayət-İcra Müfəttişliyinin əməkdaşları elektron monitorinq sistemi vasitəsilə vətəndaş E.Barabaş tərəfindən ev dustaqlığı növündə qətimkan tədbirinin pozulması faktını aşkar ediblər.
"Təqsirləndirilən şəxs barəsində axtarış elan edilib", - Federal Penitensiar Xidmətin Baş İdarəsi qeyd edib.
Aysel Şirinova