Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu çörək sexinin qanunsuz fəaliyyəti dayandırıldı
sosial

Bu çörək sexinin qanunsuz fəaliyyəti dayandırıldı

21-04-2025 18:00 16 Baxış
IMG

Lənkəran rayonu, Mamusta kəndində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb.

 

Bu barədə Tvit.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.


Qeyd ounub ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin sanitar-gigiyenik tələblərin pozulduğu, xammalın saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.

 

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.