Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda bu yollar bağlanır
sosial

Bakıda bu yollar bağlanır

18-04-2025 16:00 40 Baxış
IMG

Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metro stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində sabah saat 00:00-dan etibarən Nərimanov rayonu, Əliyar Əliyev (Keşlə bazarının qarşısı), İslam Abışov, Mirzə Uluqbəy və Əhməd Rəcəbli küçələrində mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

"Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.