Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Maliyyə naziri Trampdan bu xahişi etdi
dünya

ABŞ Maliyyə naziri Trampdan bu xahişi etdi

17-04-2025 19:00 72 Baxış
IMG

ABŞ-ın maliyyə naziri Skott Bessent prezident Donald Trampı ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Paueli işdən çıxarmaq fikrindən daşındırmağa çalışıb.

Tvit.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Məlumata əsasən, Maliyyə Nazirliyinin rəhbəri xahişini onunla əsaslandırır ki, Federal Ehtiyatlar Sisteminin rəhbərinin vəzifəsindən kənarlaşdırılması fond bazarında son dərəcə mənfi dinamikaya səbəb ola bilər.

Qəzet həmçinin, qeyd edib:

 "Paueli vəzifədən uzaqlaşdırmaq üçün hər hansı cəhd Trampın ilk səlahiyyət müddətində düşündüyü hüquqi cəhətdən mübahisəli bir hərəkət olacaq və yalnız son tarif zərbəsindən sonra artıq sarsıdılmış bazarlarda qeyri-sabitliyə əlavə olunacaq, bu məqamı Ağ Ev də vurğulayıb."