Trampın Ukraynaya raket satmaqdan imtina etməsi Putinlə danışıqlarda maraqlı olması ilə bağlıdır.
Tvit.az xəbər verir ki, bu barədə Bild qəzetinin alman jurnalisti Julian Repke yazıb.
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski hava hücumundan müdafiə sistemləri və digər alətlər üçün 50 milyard dollar ayırmağa hazır olduğunu bəyan edib, lakin Ağ Ev rəhbəri bu təklifi rədd edib.
"Ancaq görünür, ABŞ-ın hazırkı prezidenti Vladimir Putinlə danışıqlardan o qədər narahatdır ki, o, Ukraynanın müdafiəsi üçün pul qazanmaq belə istəmir", - Repke qeyd edib.
Aysel Şirinova