Tehran nüvə proqramının dinc xarakter daşıdığını sübut etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq etməlidir. Tvit.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündən sonra deyib.
“Agentliklə əməkdaşlıq diplomatiyanın böyük ehtiyac olduğu bir vaxtda İranın nüvə proqramının dinc xarakter daşıdığına dair tutarlı sübutlar təqdim etmək üçün lazımdır”, - o, X-də yazıb.
Aysel Şirinova