Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına rəsmi səfər etmək niyyətinə görə siyasətçiləri hədələmək hüququ yoxdur.
Tvit.az xəbər verir ki, bu bəyanatla Slovakiyanın baş naziri Robert Fiko çıxış edib.
"Kallas suveren bir dövlətin baş nazirinə onu harasa getməməsi barədə xəbərdar etdiyini necə deyə bilər? Bu, tarix, həqiqət və başqa heç nə ilə bağlıdır”, - Slovakiya hökumətinin başçısı bildirib.
Aysel Şirinova