Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
sosial

Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb

16-04-2025 10:00 19 Baxış
IMG

Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

 

"Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-yə yüksəlib, sahilboyu ərazilərdə dalğanın hündürlüyü üç metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib", - o bildirib.

 

Saat 06:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında maksimal sürəti 33 m/s-yə çatan güclü şimal-qərb küləyi müşahidə olunub.