Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda taksilərin qiyməti qalxdı: 60 manat...
sosial

Bakıda taksilərin qiyməti qalxdı: 60 manat...

16-04-2025 10:00 17 Baxış
IMG

Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına səbəb olub.

 

Tvit.az Teleqrad-a istinadla xəbər verir ki, adi günlərdə 8-10 manata gedilən məsafələrin gedişhaqqı hazırda 25-30 manat arasında dəyişir.

 

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 40-45 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 14-17 manat təşkil edirdi.

 

Bunlar adi - ekonom taksi xidmətinin qiymətidir. Komfort taksilərdə isə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək artıb.

 

Bundan başqa, Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 20-25 dəqiqə gözləməli olurlar.