Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyədə Qəzzaya edilən hücumlara qarşı etiraz aksiyası keçirilib
dünya

Türkiyədə Qəzzaya edilən hücumlara qarşı etiraz aksiyası keçirilib

15-04-2025 23:00 18 Baxış
IMG

Türkiyənin Van vilayətində keçirilən “Sionizmə qarşı qəzəb yürüşü”ndə Qəzzaya edilən hücumlara etiraz edilib. 

Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. 

Məlumata görə, Van Fələstinə Dəstək Platformasının liderliyi ilə təşkil edilən yürüşə çox sayda vətəndaş qatılıb.

Şəhər Meydanına toplaşan izdiham əllərində Fələstin bayraqları, məşəllər və pankartlar, şüarlar səsləndirərək Həzrət Ömər məscidinə doğru yürüş edib. Yürüşdən sonra burada çıxış edən Dövlət Qulluqçuları Peşələri Konfederasiyasının (Memur-Sən) sədri Əli Yalçın Qəzzada yaşanan insan faciəsinə diqqət çəkərək dünyanın bu zülmə səssiz qalmaması lazım olduğunu vurğulayıb. Qəzzada baş verənlərdən narahat olanların üzə çıxdıqlarını dilə gətirən sədr Yalçın Qəzzada körpələr və ürəyi yanmış ana-atalar üçün toplaşdıqlarını bildirib. Yalçın Fələstinin səsini eşitdirmək üçün meydanları tərk etməyəcəklərini qeyd edib.

Aysel Şirinova