ABŞ və Rusiya məhsuldar danışıqlar aparır, Vaşinqton Moskvanın Ukraynadakı münaqişəyə son qoyulmasını istədiyinə inanır.
Tvit.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Ondan aprelin 11-də Sankt-Peterburqda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Rusiya lideri Vladimir Putin arasında keçirilən görüşün nəticələrini şərh etməsi xahiş olunub:
"Mən bu danışıqların nəticələrini qabaqcadan mühakimə etmək istəmirəm. Deyə bilərəm ki, bu, məhsuldar söhbət oldu. Vitkoffun dünən axşam dediyi kimi, o, Rusiyanın da bu müharibəni bitirmək istədiyinə inanır, o, Donald Trampın da bu müharibəni bitirmək istədiyinə inanır".
Aysel Şirinova