Bəzi qidalar dişlərdə problemi, diş daşı əmələ gəlməsi riskini artırır.
Tvit.az xəbər verir ki, bununla bağlı rusiyalı diş həkimi Sion Kruz danışıb.
Onun sözlərinə görə, şirniyyat ağızda olan bakteriyalar üçün qidadır ki, şəkərin emal prosesində minaya zərər verən müəyyən turşular ayrılır. Bundan əlavə, konfet və saqqız dişlərə yapışır və patogenlərə aktiv olmaq üçün daha çox vaxt verir. Həkim həmçinin xəbərdarlıq edib ki, şirin soda və şirələr içmək dişlərdə problemlər yarada bilər.
Habelə stamatoloqlar, diş fırçasının tez-tez dəyişdirmək lazım olduğunu vurğulayıblar. Bildirilib ki, bu, vaxtında edilməsə, ağız boşluğunun gigiyenası xeyli əziyyət çəkəcək.
Aysel Şirinova