İranın bəzi əyalətlərində qum fırtınaları və havanın çirklənməsi səbəbindən bütün səviyyələrdə dövlət idarələri, banklar və təhsil müəssisələri bağlanıb.
Tvit.az bu barədə “İRNA” agentliyinə istinadən xəbər verir.
Havada tozun çox olması və bunun nəticəsində havanın çirklənməsi səbəbindən mərkəzi və atom elektrik stansiyalarının yerləşdiyi Lorestan, Kirmanşah, Kohgiluye-Buyer Əhməd və Buşehr əyalətlərində bütün səviyyələrdə rəsmi ofislər, banklar və təhsil müəssisələri bağlanıb.
Elmin Alışov