Fələstin prezidenti Mahmud Abbas və Fransa prezidenti Emmanuel Makron telefon danışığı zamanı Qəzzada təcili atəşkəsə çağırıblar.
Tvit.az bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya istinadən xəbər verir.
“Onlar təcili atəşkəs, humanitar yardımın çatdırılmasının sürətləndirilməsi, Fələstin xalqının öz torpaqlarından didərgin salınmasının rədd edilməsi və Qəzza zolağında Fələstin Administrasiyasının məsuliyyəti öz üzərinə götürməsinin vacibliyini vurğuladılar”, - agentlik yazıb.
Aysel Şirinova