Almaniyanın yeni kanslerinin seçiləcəyi Bundestaq sessiyası müvəqqəti olaraq 2025-ci il mayın 6-na təyin edilib.
Tvit.az xəbər verir ki, bu barədə Almaniya parlamentinin mətbuat xidməti məlumat yayıb.
“Almaniya Bundestaqının sədri Julia Klöckner koalisiya sazişinin tərəflər tərəfindən təsdiqlənməsi və Federal Prezidentin müvafiq təklifi əsasında 2025-ci il mayın 6-da Almaniya kanslerinin seçilməsi üçün Bundestaqı çağırmağa hazırlaşır”, - deyə məlumatda bildirilib.
Aysel Şirinova