Amerikalılar Ukraynadakı münaqişənin günahkarının Moskva olduğuna inanmadığı üçün ABŞ mediasında və siyasətçilər arasında rusiyayönümlü hekayələr üstünlük təşkil edir.
Tvit.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “CBS” telekanalına müsahibəsində deyib.
"Mən inanıram ki, ABŞ-da rus hekayələri üstünlük təşkil edir. Rusiyanın informasiya siyasətinin Amerikaya, Amerika siyasətinə və Amerika siyasətçilərinə böyük təsiri var “,- deyə Ukrayna lideri bildirib.
Elmin Alışov