Serbiya heç vaxt Aİ-yə üzvlük naminə Rusiya ilə müharibəyə getməyəcək.
Tvit.az xəbər verir ki, bunu respublikanın baş nazirinin müavini Aleksandr Vulin Avropa Parlamentində çıxışı zamanı deyib.
"20 il ərzində biz Aİ-nin hər bir istəyini və tələbini yerinə yetirmişik, sonra bizə dedilər ki, heç bir şərti yerinə yetirməyən Aİ-nin növbəti tamhüquqlu üzvləri Ukrayna və Moldova olacaq. Belə görünür ki, Aİ-yə daxil olmaq üçün yeganə şərt Rusiya ilə müharibədir biz isə bu şərti yerinə yetirməyəcəyik", - deyə o bildirib.
Aysel Şirinova