ABŞ çətin ki, ticarət müharibəsində Çini məğlub edə bilsin.
Tvit.az xəbər verir ki, bu barədə CNN yazı dərc edib.
Media qeyd edib ki, hazırda Pekin onların toqquşmasında Trampı üstələyə biləcəyini düşündüyü bütün işarələri göstərir. Onun üçün illərdir ki, hazırlıq gedir.
Kanal həmçinin Trampın və onun administrasiyasının "Çinin nə qədər dözümlü və Amerika istehlakçılarına nə qədər ağır zərbə vura biləcəyi"ndən xəbərdar olduğuna şübhə etdiyini bildirib.
CNN hesab edir ki, Trampın ilk prezidentlik dönəmində olduğu kimi, Vaşinqton və Pekin arasında ticarət anlaşmasının perspektivi acınacaqlı və uzaq görünür. Respublikaçıların Çin prezidenti Si Cinpinqlə yaxşı münasibətlərin ona Çini öz mövqelərindən əl çəkməyə məcbur etməyə imkan verəcəyinə ümid etməsi isə baş tutmaz.
Aysel Şirinova