Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bu ölkələrin rəhbərləri Ukrayna ilə bağlı çağırış etdilər
dünya

Bu ölkələrin rəhbərləri Ukrayna ilə bağlı çağırış etdilər

07-04-2025 22:00 12 Baxış
IMG

Misir prezidenti Əbdülfəttah əs-Sisi, fransalı həmkarı Emmanuel Makron və İordaniya kralı II Abdullah Qahirədə ABŞ lideri Donald Trampla telefon danışığı apararaq Ukrayna böhranının tezliklə həllinin vacibliyini bildiriblər. Tvit.az xəbər verir ki, bu barədə əs-Sisinin ofisi məlumat yayıb.

"Amerika prezidenti ilə söhbət zamanı Qahirə sammitinin iştirakçıları Ukraynada beynəlxalq hüquq normalarına uyğun olaraq tezliklə sülhə nail olunmasının vacibliyini vurğuladılar", - deyə Misir liderinin rəsmi nümayəndəsi Məhəmməd əl-Şinavi öz Facebook səhifəsində qeyd edilib.

Aysel Şirinova