Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Yəməndə husi komandirini öldürüb
dünya

ABŞ Yəməndə husi komandirini öldürüb

07-04-2025 18:00 18 Baxış
IMG

Yəmənin üsyançı Ənsar Allah hərəkatının Səada əyalətində husilərin səhra komandiri Əbu Abdullah əl-Hamran ABŞ-ın son zərbəsi nəticəsində öldürülüb.

Tvit.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, "əl-Hamran" Səada vilayətinin qubernatorunun müavini vəzifəsində çalışıb və bölgədəki Ənsar Allah qüvvələrinə komandanlıq edib. Bundan başqa, husilərin regional təhsil şöbəsinin müdiri də daxil olmaqla, onun ətrafındakılardan bəziləri də basqın zamanı öldürülüb.

Xatırladaq ki, martın 15-də ABŞ prezidenti Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirməyə başlanıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır.

Aysel Şirinova