Yerlə toqquşma ehtimalı ilə qiymətləndirilən 2024 YR4 asteroidinin bir bina böyüklüyündə olduğunu bildirilib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Keçən il kəşf edilən və ilkin hesablamalara görə Yerlə toqquşma ehtimalı 3 faiz olan asteroid dünyanı narahat edib.
Lakin əlavə müşahidələr göstərdi ki, bu təhlükə demək olar ki, sıfıra enib. Bununla belə, asteroidin Aya dəyməsi ehtimalı hələ də var.
Elmin Alışov