Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Beyləqanda traktorla avtomobil toqquşdu: Yaralanan var
sosial

Beyləqanda traktorla avtomobil toqquşdu: Yaralanan var

28-03-2025 21:00 50 Baxış
IMG

Beyləqan rayonu ərazisində traktor və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası olub.

 

Tvit.az xəbər verir ki, hadisə saat 18 radələrində Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Niva" markalı avtomobil traktorun aqreqat qoşqusuna çırpılıb. Hadisə nəticəsində xəsarət alan şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1944-cü il təvəllüdlü şəxsə bazu sümüyünün aşağı ucunun mil-dirsək sümüyünün yerdəyişmiş açıq sınığı diaqnozu təyin edilib. Vətəndaş müayinə və müalicədən imtina edərək yaxınları tərəfindən paytaxtdakı özəl tibb müəssisələrinin birinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.