Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İranda tapılan balıqçının meyiti sabah təhvil veriləcək
sosial

İranda tapılan balıqçının meyiti sabah təhvil veriləcək

25-03-2025 21:00 25 Baxış
IMG

İranda itkin düşdüyü hesab edilən balıqçı Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin qardaşı meyiti ölkəyə gətirmək üçün artıq İran tərəfdədir.

 

Tvit.az-ın Teleqraf-a istinadən məlumatına görə, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması bildirilib.

 

Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.

 

Artıq aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb:

 

"Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır".

 

Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.