Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyədəki aksiyalarda saxlanılanların sayı açıqlandı
dünya

Türkiyədəki aksiyalarda saxlanılanların sayı açıqlandı

24-03-2025 16:00 37 Baxış
IMG

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya və terror istintaqı ilə bağlı 5 gün davam edən etirazlarda 1133 şübhəli saxlanılıb.

"Tvit.az" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşımında bildirib.

Qeyd olunub ki, polisə basqın edən, xalqın əmlakına zərər vuran şəxslər barəsində məhkəmə prosesi davam etdirilir. Tutulanlar arasında 12 müxtəlif terror təşkilatına bağlı şəxslər müəyyən edilib.

Daxili işlər naziri 5 gün davam edən etirazlarla bağlı 123 polisin yaralandığını da açıqlayıb.