Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Türkiyədəki azərbaycanlı tələbələrə XƏBƏRDARLIQ
sosial

Türkiyədəki azərbaycanlı tələbələrə XƏBƏRDARLIQ

24-03-2025 13:00 60 Baxış
IMG

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsinə görə CHP-nin keçirdiyi kütləvi aksiyalarla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi müraciət yayıb.

Tvit.az axar.az-a istinadla xəbər verir ki, müraciət Təhsil Müşavirliyinin rəsmi səhifəsində paylaşılıb.

“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!” – müraciətdə bildirilib.

Qeyd edək ki, Türkiyə qanunlarına görə, xarici ölkə vətəndaşı, o cümlədən əcnəbi tələbə hər hansı daxili siyasətlə bağlı aksiyalarda iştirak edərsə, dərhal ölkədən deport olunur.