Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyədə aksiyalarda saxlanılanların sayı açıqlandı
dünya

Türkiyədə aksiyalarda saxlanılanların sayı açıqlandı

22-03-2025 15:00 31 Baxış
IMG

Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan kütləvi etirazlarla bağlı 350-yə yaxın adam saxlanılıb.

"Tvit.az" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.

İstanbul və Ankarada etirazçılarla polis arasında toqquşmalar baş verib. Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri bibər qazından istifadə edib, etirazçılar - əsasən tələbələr metal baryerləri yarmağa çalışıblar.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl İstanbulda İmamoğluna dəstək aksiyasına 300 minə yaxın adamın gəldiyini bildirib. O, açıq şəkildə polisi güc tətbiq etməkdən çəkinməyə çağırıb.

Daxili İşlər Nazirliyinin yenilənmiş məlumatlarına görə, cümə günü axşam saatlarında İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Eskişehir, Konya və Ədirnə şəhərlərində ümumilikdə 343 nəfər saxlanılıb.

Yerlikaya "X" sosial şəbəkəsində "Ölkənin sabitliyini və təhlükəsizliyini təhdid edənlərə iğtişaşlar və təxribatlar imkanı verilməyəcək" yazıb.

İmamoğlu korrupsiya, rüşvətxorluq və terrora yardımda ittiham olunan təşkilatla bağlı çərşənbə günü həbs edilib. 

Bəzi ərazilərdə həftənin sonuna qədər nümayişlərin keçirilməsinə qadağa qoyulmasına baxmayaraq, merin həbsi etiraz dalğasına səbəb olub.