İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə İranlı diplomat X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mən MAQATE-nin baş direktoru ilə səmimi və konstruktiv söhbət etdim. Görüş zamanı İran və MAQATE arasında əməkdaşlıqla bağlı məsələlər, qalan iki problemin həlli - nüvə obyektlərinin təhlükəsizliyi və nüvə proqramı ətrafında son hadisələr, həmçinin sanksiyaların ləğvi müzakirə olunub".
Qeyd edək ki, tərəflər Tehranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.
Aysel Şirinova