Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında sərnişin təyyarəsində yanğın baş verib.
Tvit.az bu barədə ABŞ
mətbuatına istinadən xəbər verir.
Bildirilib ki, təyyarə eniş etdikdən sonra uçuş-enmə zolağında irəliləyərkən alovlanıb.
American Airlines təyyarənin göyərtəsində altı ekipaj üzvü də daxil olmaqla 172 sərnişinin olduğunu və hər kəsin təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib.
Elmin Alışov