Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Təhsil Departamenti 1300 işçini ixtisar etməyi planlaşdırır
dünya

ABŞ Təhsil Departamenti 1300 işçini ixtisar etməyi planlaşdırır

12-03-2025 08:00 17 Baxış
IMG

ABŞ Təhsil Departamenti yenidənqurma prosesi çərçivəsində 1300 mülki işçini işdən çıxarmaq planlarını açıqlayıb.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu nazirlik rəsmisi Reyçel Oqlesbi bildirib.


Təhsil Şöbəsinin işçilərinin ümumi sayının 4000-dən çox olduğunu və onlardan 1300 nəfərin ixtisar edilməsinin planlaşdırıldığını qeyd edən Oqlesbi, nazirliyin Nyu York, Boston, Çikaqo və Klivlend kimi şəhərlərdəki binalarının icarə müqavilələrinə də xitam verdiyini qeyd edib.


Elmin Alışov