ABŞ-ın 30 günlük atəşkəs təklifi müharibəyə son qoymağa yol açacaq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrii Sybiha deyib.
“Belə bir müvəqqəti atəşkəs niyə vacibdir? Çünki bu, heç bir şəkildə dondurulmuş bir münaqişə ilə bağlı deyil. Bu, sadəcə olaraq, müharibənin ədalətli sona çatması üçün zəmin yaratmaq səyidir”,- deyə nazir bildirib.
Elmin Alışov