Avropa Komissiyası (AK) bütün Avropa ölkələrinə müharibələrin qarşısını almaq məqsədilə mümkün hərbi münaqişələrə hazırlaşmağı qəti şəkildə tövsiyə edir.
Bu çağırışı Litvadan Olan Avropa Komissarı Andrius Kubilius etmişdir.
“Avropa müharibənin qarşısını almaq üçün müharibələrə hazırlaşmalıdır”, – TASS Avropa komissarının sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, Rusiya NATO ilə 5 il ərzində, hətta daha tez də münaqişəyə hazır ola bilər.
Bununla belə, o, Rusiyanın belə bir münaqişəyə səbəb olmasını izah edən arqumentlər təqdim etməyib.