Pakistan və Əfqanıstan sərhəd qüvvələrinin iki ölkə arasındakı Torkham sərhəd-keçid məntəqəsində müvəqqəti atəşkəs barədə razılığa gəldiyi bildirilir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən pakistanlı rəsmisi deyib.
Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə mübahisənin müzakirə edildiyini qeyd edən rəsmi martın 12-nə təyin olunmuş növbəti görüşə qədər sərhəd qapısında müvəqqəti atəşkəs rejiminin yaradılması ilə bağlı razılıq əldə olunduğunu qeyd edib.
Elmin Alışov