Rusiya Ukraynada Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerin təklif etdiyi atəşkəs planını dəstəkləməyəcək.
Tvit.az xəbər verir ki, bunu Sky News - a müsahibəsində Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.
O, siyasətçilərin münaqişə tərəfləri arasında bir aylıq müddətə qismən barışıq əldə etmək ideyasını dəli adlandırıb.
“Biz bunu heç vaxt qəbul etməyəcəyik və onlar bunu çox yaxşı bilirlər. Biz yalnız son variantı (sülh sazişinin – Lenta.ru qeydi ) qəbul edəcəyik”, - diplomat bildirib.