Alimlər aspirinin bəzi xərçəng növlərinin yayılmasının qarşısını ala biləcəyinə dair əhəmiyyətli tapıntılar əldə ediblər.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Araşdırmalara görə, aspirin immun sistemini gücləndirərək, xərçəng hüceyrələrini daha effektiv aşkar edib məhv edir.
Tədqiqatlar göstərir ki, aspirin TXA2 səviyyələrini azaldır, T hüceyrələrinin bastırılmasının qarşısını alır və beləliklə, immun sisteminin metastatik xərçəng hüceyrələrinə hücum etməsinə imkan yaradır.
Elmin Alışov