Prezident Tramp növbəti dəfə yalan danışır.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino ABŞ prezidenti Donald Trampın Panama kanalı ilə bağlı söylədiyi fikirlə bağlı deyib.
“Prezident Tramp bir daha yalan danışır. Panama kanalının geri qaytarılma prosesində olduğu iddiası tamamilə doğru deyil. Bu məsələ katib Rubio ilə görüşlərimizdə belə gündəmə gəlmədi. Panama və bütün panamalılar adından bu yeni həqiqət cəhdini və milli şərəfimizi rədd edirəm”,- deyə prezident bildirib.
Elmin Alışov