Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Ukrayna ilə münasibətlərin bütün aspektlərini nəzərdən keçirir
dünya

ABŞ Ukrayna ilə münasibətlərin bütün aspektlərini nəzərdən keçirir

05-03-2025 21:00 38 Baxış
IMG

ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini nəzərdən keçirir.

Tvit.az xəbər verir ki, Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals məlumat verib.

O, Ağ Evdə jurnalistlərə Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməsinin hələ də dayanıb-götürülməməsi ilə bağlı suala cavabında deyib:

“Biz bir addım geri çəkilmişik və bu münasibətlərin bütün aspektlərini dayandırırıq və nəzərdən keçiririk”.

Eyni zamanda, Vals qeyd edib ki, o, əvvəllər ukraynalı həmkarı ilə telefonda münaqişənin həlli üzrə danışıqların aparılması üçün mümkün yer və onlara gələn nümayəndə heyətlərinin tərkibi barədə danışıb.